Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons Bakıda keçirilən 25-ci Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında çıxışı zamanı deyib.
O bildirib: “Dünya səviyyəli layihələrdən danışarkən qeyd etməliyəm ki, dünən digər bir əlamətdar hadisənin şahidi olduq – Cənub Qaz Dəhlizinin rəsmi açılışı qeyd edildi. Bu, dəfedilməz görünən maneələrə baxmayaraq, bir çox ölkələrdə minlərlə insanın uzun illər ərzindəki zəhmətinin kulminasiya nöqtəsidir. Biz buna Azərbaycan hökuməti, “Şahdəniz” layihəsindəki tərəfdaşlarımız, SOCAR, “Türkiye Petrolleri”, “Petronas”, “Lukoil”, NICO və “Cənub Qaz Dəhlizi”, habelə daha geniş regiondakı çoxsaylı maraqlı tərəflərlə birlikdə nail olduq”.Trend
BP-nin regional prezidenti vurğulayıb ki, bu, həqiqətən də dünya miqyaslı bir nailiyyətdir: “Bir daha bütün əməyi olan hər kəsi təbrik etmək istəyirəm. Əlbəttə ki, biz AÇG və “Şahdəniz” yataqlarından Azərbaycan hökuməti, tərəfdaşlarımız və Azərbaycan xalqının xeyrinə, təhlükəsiz və etibarlı şəkildə neft və qaz hasilatını davam etdirəcəyik. Hər iki yataq üçün də əsrin ortasınadək davam edən işlənmə planımız var”.Trend