ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşü ərəfəsində Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti Birləşmiş Ştatlardan sanksiyaların ləğvini və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından tələb edib.
Bu haqda mənbəyə istinadən Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti bildirib.
Mənbənin sözlərinə görə, əgər bu tələblər yerinə yetirilərsə, Pxenyanın nüvə silahına sahib olmasına ehtiyac qalmayacaq.
Daha əvvəl KİV bildirirdi ki, Birləşmiş Ştatlar KXDR barəsində yeni sanksiyaların tətbiqini qeyri-müəyyən vaxta kimi təxirə salınması haqda qərar qəbul edib./ /xezerxeber.az /