İyunun 1-də  Astara Heydər Əliyev Mərkəzində   1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə  yeni doğulmuş uşaqların valideynlərinə doğum haqqında şəhadətnamələr təqdim edilmişdir.
Tədbirdə  Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, rayon Qeydiyyat şöbəsinin rəisi Vüqar Qasımov, Astara rayon Qeydiyyat şöbəsinin aparıcı məsləhətçisi Günel Baxşiyeva, rayon Qeydiyyat şöbəsinin aparıcı mütəxəssisi Ülkər Fərəcova uşaqların valideynlərinə ən xoş arzularını çatdırmışlar.
Valideynlər tədbirin Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur duyduqlarını vurğulayaraq, bu günün onların həyatında ən xoşbəxt gün, ən yadda qalan hadisə olduğunu bildirmişlər.

Elza Kazımova

Astarainfo.az