İyunun 30-dan etibarən “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə birbaşa reys açır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən  verilın məlumata görə, uçuşlar həftədə bir dəfə (şənbə günləri), avqustun 1-dən isə həftədə iki dəfə (çərşənbə və şənbə günləri) yerinə yetiriləcək.(APA)