Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirəcək.
Astarainfo.az apasport.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri yoldaşlıq oyununda qazaxıstanlı həmyaşıdları ilə üz-üzə gələcəklər.
Millimizin sükanı arxasında hələ qələbə sevinci yaşamayan çalışdırıcı səfərdə bu tilsimi qırmaq istəyir. Əsasən U-20 millisinin üzvlərindən təşkil olunan komandamızda iki itki var. Belə ki, Rövlan Muradov və Budaq Nəsirov zədə səbəbindən yığmanın heyətindən çıxarılıblar.
Qeyd edək ki, millimiz bu oyundan 4 gün sonra Bakıda Macarıstan U-21-i ilə qarşılaşacaqlar.
Yoldaşlıq oyunu
4 iyun
13:00. Qazaxıstan U-21 – Azərbaycan U-21