Zaqatalada yeraltı təkan yarım dəqiqəyədək davam edib

İyunun 5-də episentri Zaqatala rayonu olan zəlzələ 28 saniyə davam edib.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət mərkəzindən bildirilib.
Məlumatda qeyd olunur ki, zəlzələ yerli vaxtla saat 22.40-da Zaqatala stansiyasından 16 km cənubda – Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Zəlzələnin davam etmə müddəti 28 saniyə olub.
Qeyd edək ki, zəlzələ nəticəsində bəzi evlərə ziyan dəyib. 31 nəfər xəstəxanalara müraciət edib. Zaqatala rayonunda bir nəfər insult keçirərək ölüb.(APA)