İyunun 7-də Astara Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş  “Bizə Qurtuluş bəxş etmiş dahi şəxsiyyət” mövzusunda sərgi və tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan etmiş, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra “Azərbaycan xalqının Milli Qurtuluş günü” mövzusunda filim nümayiş olunmuşdur.
Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xəttlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi.
Butün bunlar 1993-cü il 15 iyunun tarixi nailiyyətləridir. Bəli, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq necə ildir ki, Azərbaycan Respublikasının Milli Qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəldiyi, inkişaf etdiyi və uğurlar qazandığı vurğulanmışdır.
Tədbirdə Astara Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova, rayon  Pedaqoji Kollecinin müəllimi Elçin Mahmudov və Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış etmişlər.
Sonda tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar.
Elza Kazımova
Astarainfo.az