Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.
Belə ki, minik avtomobili at arabasına çırpılıb. Qəza nəticəsində at arabasında olan, rayonun Maşlıq kənd sakini, 1957-ci il təvəllüdlü Rafiq Razzaq oğlu Bayramov müxtəlif bədən xəsarətləri alıb.
Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib.(Report)