Somalidən Yəmənə getməyə çalışan azı 46 miqrant gəminin batması nəticəsində boğularaq həlak olub.
Pis hava şəraiti səbəbindən daha 16 nəfərin də itkin düşdüyü bildirilir.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, gəmi iyunun 6-da Aden Körfəzində batıb. Ölənlərin 37-sinin kişi, 9-nun qadın olduğu qeyd edilir. Miqrantlar Efiopiya vətəndaşlarıdır.
Qəzadan sağ qurtaran 100 miqrant isə Yəməndə və digər ölkələrdə iş tapmağa müvəffəq olacaqlarına ümid edir.Xezerxeber.az