Güclü külək əsəcək, leysan, dolu, çaylarda daşqın gözlənilir – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Departamentdən Astarainfo.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında iyunun 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə düşəcək.
Azərbaycanın rayonlarında da iyunun 12-də və iyunun 13-ü gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq.
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.
Çaylarda sululuğun artacağı, Böyük Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.