“Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanƏskişəhərdə TANAPlayihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin bel sümüyü olan və enerjinin “İpək yolu” adlandırılan TANAP-ın açılışı gerçəkləşdirilir.
“Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm. Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub”, – deyə o qeyd edib.(APA)