“Bu layihələrlə enerjinin müharibə deyil, işbirliyi üçün əsas yaratdığını göstərdik”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanƏskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan işbirliyi ilk dəfə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə ortaya çıxıb: “Strateji yol dostluğumuz Bakı-Tbilisi-Ərzurum qaz boru xətti ilə davam etdi. Nəqliyyat sahəsində Baklı-Tbilisi-Qars dəmiryol xəttinin açılışını da etdik. Londondan Çinə birbaşa dəmiryolu xəttinin qurulmasına yol açdıq”.
Ərdoğan TANAP-ı gələcək illərdə icra ediləcək layihələrinin müjdəçisi adlandırıb: “Uzunluğu 1850 km olan TANAP Türkiyə, Orta Şərq və Avropanın ən uzun təbii qaz xəttidir. Bu layihənin ilkin həcmi illik 16 milyard kub metrdir.
Bunun 6 milyard kub metri Türkiyəyə gələcək.
Bunu gələcəkdə əvvəlcə 22, sonra 31 milyarda çıxarmağı hədəfləyirik.
Yunanıstan sərhədinə ilk qazı isə 2019-cu ilin iyununda çatdırmağı düşünürük.
Bununla, ölkəmizi enerji habı olma imkanına daha da yaxınlaşdıq. Bu layihələr Siyasi iradə məsələsi, eyni zamanda iqtisadi sabitlik məhsuludur.
Son 16 ildə ölkəmizdə hökm sürən siyasi sabitliyin bunda böyük rolu var. Terrora və  FETÖ-nün fəaliyyətinə baxmayaraq, Türkiyə 16 ildir, sabitliyini qoruyub”.(APA)