Astara rayonunda barama tədarükü davam edir.
Astara Rayon Kənd Təsərrüfatı İdarəsindən Astarainfo.az-a bildirilblər ki, kümçülər artıq ilkin mərhələdə “ Şəki İpək ASC”-yə 197 kiloqram barama təhvil veriblər.
Qeyd edək ki, baramanın hər kiloqramına görə 5 manat subsidiya verilir. Bundan başqa, məhsulu qəbul edən“ Şəki İpək ASC” tərəfindən vətəndaşlara əlavə 4 manat ödənilir.
Rayona gətirilən 52 qutu ipəkqurdu toxumu 10 yaşayış məntəqəsində bu sahədə təcrübəsi olan insanlara paylanılıb ki, bununla da rayonda 2 ton barama istehsalı nəzərdə tutulub.

Astarainfo.az