DÇ-2018-də “F” qrupunun ilk görüşü keçirilib.
Moskvadakı “Lujniki” stadionunda dördqat dünya çempionu Almaniya Meksika millisi ilə üz-üzə qəlib.
Meksika millisinin oyunçusu Hirvinq Lozano qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açıb. İkinci hissədə hesab dəyişməyib. Beləliklə, Almaniya millisi mundiala məğlubiyyətlə başlayıb.
Almaniya – Meksika – 0:1
Qol: Irvinq Losan, 35
Hakimlər: Alireza Faqani, Reza Suhandan, Mohammedreza Mansuri (hamısı İran), Mohammed Mohammed (BƏƏ)
Moskva. “Lujniki” stadionu( APA)