Ailəsi ilə birgə Astaraya istirahətə gedən Lənkəran sakini su anbarında boğulub.
Hadisə rayonun Kijəbə qəsəbəsində Lovayın su anbarında baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Fuad Şahmirzə oğlu Rəhimov Bakıdan Lənkərana Ramazan bayramı ilə əlaqədar gəlib. O, ailəsi ilə birgə dincəlmək üçün isə Astaraya gedib. Məlumata görə, F. Rəhimovun bacısı qızı ehtiyatsızlıqdan su anbarına yıxılıb. Hadisə uşağı sudan çıxarmaq istəyərkən baş verib.
Onun meyiti sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Prezident İlham Əliyev təkbətək görüşü zamanı bilirmişdir ki, Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir.Ulu Öndər Heydər Əlirza...