Türkiyədə terrorçuların hərbi karvana hücumu nəticəsində 2 hərbçi şəhid olub, 1 hərbçi yaralanıb. Hadisə Hakkari əyalətinin Çukurca rayonunda baş verib.
PKK terrorçuları Çukurca rayonunun Uzundərə kəndindəki postdan qayıdan hərbi avtomobillərə raketdən atəş açıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.(Report)