Kənd təsərrüfatı məhsullarının yığımına başlanılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iyun ayının 1-nə kimi tarlalardan 71,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,1 dəfə çox taxıl, 135,4 min ton (66,6 faiz çox) kartof, 217,0 min ton (56,2 faiz çox) tərəvəz, 13,1 min ton (17,3 faiz çox) meyvə və giləmeyvə, 353,2 ton (13,0 faiz çox) yaşıl çay yarpağı yığılıb.
Ötən ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 8,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 52,0 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,5 faiz artıb.(Xezerxeber.az)