İyunun 21-22-də  Astara Boks Mərkəzində  Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Sindo-ryu və Pençak silat növü üzrə açıq rayon  birinciliyi keçirilmişdir.
Tədbirdə çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev  bu yarışı keçirməkdə əsas məqsədin, rayonda Sindo-ryu və pençak silat idman növünün inkişaf etdirilməsi, gənclərin fiziki hazırlıq səviyyəsinin yüksəldilmsi, Sindo-ryu və pençak silat idman növü üzrə Gənclər arasında yığma komandaya namizədlərin müəyyən edilməsi, Sindo-ryu və pençak silat  idman növünün kütləviliyinin inkişaf etdirilməsi olduğunu qeyd etmişdir.
Birincilikdə Astara və Saatlı rayon idmançıları müxtəlif yaş qruplarında və yeddi çəki dərəcəsində mübarizə aparmışlar.
Yarışda şərq idman növləri üzrə V dan qara kəmər ustası Əliyev Nəzərəli, IV dan qara kəmər ustası Elman Buludov hakimlik etmişlər.
Sonda I, II və III yerləri tutmuş idmançılar Rayon Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə mükafatlandırılmışlar.
 Elnur Qurbanlı

Astarainfo.az