Azərbacan ordusunun mühəndis qoşunlarının taktiki-xüsusi təlimi keçirilib. Ağır texnikalarında istifadə edildiyi təlimdə ordu döyüş vəziyyətinə gətirilib, şərti düşmən üzərinə hücum əmri verilib və mövqeylərin qısa zamanda tutulması əməliyyatı icra edilib. Təlim zamanı ağır texnikaların su hövzələrindən keçirilməsi isə xüsusi ilə diqqət çəkib.
Hərbiçilərə döyüş əmri verilir, canlı qüvvə xüsusi avadanlıqlar vasitəsi ilə minalanmış ərazini keçir ,ardınca isə mane ləğvetmə texnikaları düşmən mövqeylərinə hərəkət edirlər.
Eyni zamanda ağır texnikalar ponton körpüləri vasitəsi su hövzəsindəndən keçirilir.
Görüntülər Azərbaycan ordusunun Mühəndis Qoşunlarının təlimindəndir. Plana əsasən hərbiçilərə şərti düşmən üzərinə hücum əmri verilir və bundan sonra mane dağıdan tanklar düşmənin mühəndis manelərini aşaraq ağır texnika üçün yol açırlar. Bu zaman tank körpü quranlarından da istifadə edilir.
Təlimlərdə hərbiçilərin ponton körpüləri qurmaq bacarıqıda yoxlanılıb. Maksimum döyüş şəraitinə uyğunlaşdırılmışformada keçirilən əlimlərdə tapşırıqların icrası zamanı bölmələr yüksək peşəkarlıq nümayiş etdiriblər.Xezerxeber.az