Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində səslərin 19,6 faizi sayılıb.
Sayılan səslərə əsasən Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 59,6 faiz, CHP-nin namizədi Məhərrəm İncə 26,1 faiz səs toplayıb.
İyi Partiyanın sədri Meral Akşener 7,7 faiz, və Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 5,5 faiz, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının sədri Doğu Perinçək 0,2 faiz səs toplayıb.(APA)

,