Azərbaycanda zəlzələ olub – YENİLƏNİB

Azərbaycanda zəlzələ baş verib.
APA-nın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, yerli vaxtla saat 02:20-də Lənkərandan 12 km qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 4,5, dərinliyi 9 km olub.
Zəlzələ 3 bala qədər hiss olunub.
***** 02.31
Lənkəranda zəlzələ olub.  Dağıntı və təlafat olmasa da, 3-4 bal gücündə olan təkanlar bir neçə saniyə davam edib.
Yaşayışı binalarında yaşayan bəzi sakinlər təşvişə düşərək evlərini tərk ediblər.
Zəlzələ ətraf rayonlarda da hiss olunub.