Çətin və məsuliyyətli iş

Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polis günü kimi qeyd olunur. Bu il tarixi yubileylər ilidir. Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Milli Ordusunun və Azərbaycan Polisinin yaradılmasının 100 illik yubileyləri respublikanın hər guşəsində eyni zamanda Astarada  təntənə ilə qeyd olunur.
 Ölkəmizdə sabitliyin, əmin-amanlığın yaradılmasında böyük fədakarlıqlar göstərmiş, hər zaman xalqın və dövlətin müdafiəsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə xalqın etimadını qazanan Azərbaycan Polisi haqqında qürurla danışmağa dəyər.
 1991-ci il oktyabrın 18-də Azərbaycan dövləti  müstəqilliyini yenidən  bərpa etdikdən sonra ölkəmizdə yaranmış mürəkkəb vəziyyət, daxili çəkişmələr, özbaşınalıq, hüquq mühafizə orqanlarının fəaliyyətsizliyi və  sabitliyin pozulması respublikamıza çox böyük zərbələr  vur muşdur.  Belə ağır vəziyyətdə xalqın təkid və tələbi ilə 1993-cü ilin iyununda respublikaya siyasi rəhbərliyə qayıdan ümummilli  lider Heydər Əliyev ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi.
 Ulu Öndər  polisin  qanunçuluq, xalqa və dövlətə sədaqət, milli maraqlara xidmət kimi prinsiplər üzərində qurulmasının möhkəm təməlini yaratdı, hüquqi əsaslarının müəyyən edilməsi üçün 34 qanun, 100-dən çox fərman və sərəncam imzaladı.
Heydər Əliyevin dövlətçiliyə xidmət məktəbini keçmiş Azərbaycan Polisinin formalaşması  öz ifadəsini  tapdı. Bu gün Azərbaycanda  insanların əmin-amanlıq, rahatlıq şəraitində yaşaması   dövlətimizin uğurlu  siyasətinin, ardıcıl surətdə həyata keçirilmiş  tədbirlərin  eyni zamanda, hüquq mühafızə orqanlarının, о cümlədən Daxili İşlər Nazirliyinin gördüyü   uğurlu fəaliyyətin nəticəsidir.
Müstəqillik illərində polis  asayişi və daxili təhlükəsizliyi cəsarətlə qorumuş, ən çətin anlarda Vətənə sədaqətlə xidmət etmişlər. Respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına  döyüşmüş  şəhid olan və  “Milli Qəhrəman”  eyni zamanda orden və medallara  layiq görülmüş onlarla əməkdaş və hərbi qulluqçularla fəxr edirik.
Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Respublikası  Prezidenti cənab  İlham Əliyevin əvəzsiz dəstəyi, diqqət və qayğısı sayəsində    xüsusi təyinatlı təhsil müəssisələri də beynəlxalq təcrübəyə uyğun təkmilləşdir. Daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında həlledici rol oynayan Polis Akademiyası bu gün ölkənin yüksək reytinqə malik ali təhsil ocaqlarından birinə çevrilib. Bu gün  vətəndaşlarımız polisin peşəkarlığına, qətiyyətinə güvənir və öz hüquqlarının qorunmasını ona etibar edir.
Azərbaycan Polisi  ictimai asayişin qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində   ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirilimişdir.
Polis orqanları  100  illik şanlı tarixi ərzində şərəfli yol keçəmiş dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilmişdir. Həmişə olduğu kimi bu gün də  o müstəqilliyin qorunmasında və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayır.
Azərbaycan polisi bu dövr ərzində cinayətkarlığa qarşı qətiyyətli addımlar atmış, qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təmin olunmasında məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
 Son illər daxili işlər orqanları ən müasir texniki vasitələrlə təmin olunduğundan  cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilmiş vəzifəsini layiqincə yerinə yetirir.
Bu gün Polisin əsas vəzifəsi peşəkarlığını artırması, işin beynəlxalq standartlara uyğun şəkildə qorulması, polis vətəndaş münasibətlərinin sivil, demokratik və qarşılıqlı etimad prinsiplərinə əsaslanaraq qurulmasıdır.
 Azərbaycan Polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə öz mühüm vəzifələrinin öhtəsindən həmişə layiqincə gəlmiş bu gün də o prinsiplər əsasında məsuliyyətli və çətin işin öhtəsindən layiqincə gəlməyə çalışırlar.

Gülnar Əsədli

Astarainfo.az