DÇ-2018: Xorvatiya 1/4 finala yüksəlib

Rusiyada keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, iyulun 1-də 1/8 final mərhələsinin 2-ci görüşü baş tutub. Günün ikinci qarşılaşması Xorvatiya ilə Danimarka arasında oynanılıb. Bu qarşılaşma da özündən əvvəlkinin ssenarisi ilə davam edib. İlk 4 dəqiqədə hərəyə bir dəfə fərqlənən tərəflər qalan 86 və əlavə olunmuş 30 dəqiqədə qapıların möhürünü qıra bilməyiblər. Hətta 115-ci dəqiqədə Luka Modriç penalti zərbəsindən yararlana bilməyib. Kasper Şmeyxel qola icazə verməyib.

Penaltilər seriyası isə qapıçıların benefesi olub. Şmeyxel burda da rəqibin iki zərbəsinin qarşısını alsa da, onun rəqib həmkarı Subaşiç daha çox – 3 dəfə yaxşı oynayıb və komandasını 1/4 finala daşıyıb.

Dünya çempionatı
1/8 final mərhələsi
1 iyul

Xorvatiya – Danimarka – 1:1 (əlavə vaxtda)
Qollar: Mancukiç, 4 – Yorgensen, 2
İstifadə edilməyən penalti: Luka Modriç, 115 (qapıçı)
Penalti seriyası: 3:2
Baş hakim: Nestor Pitana (Argentina)
Nijni Novqorod. Mərkəzi stadion