DÇ-2018: Bütün 1/4 finalçılar müəyyənləşib

Rusiyada keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulub.
Astarainfo.az Apasport.az -saytına istinadən bildirir ki, baş tutan son iki görüşün ardından bütün 1/4 finalçılar müəyyənləşib.
Son olaraq İsveç və İngiltərə rəqibini məğlub edərək, növbəti mərhələdə bir-birilərinə rəqib olublar.
1/4 final mərhələsinin oyunları iyulun 6-7-də keçiriləcək.
Dünya çempionatı
1/4 final
6 iyul
18:00. Fransa – Uruqvay
22:00. Braziliya – Belçika
7 iyul
18:00. İsveç – İngiltərə
22:00. Rusiya – Xorvatiya