Astaranın  Kakalos kənd tam orta məktəbinin akt zalında “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”nin qalibi olmuş Axundov Emil Novruzəli oğlunun “Gənc olimpiadaçılara çağırış” layihəsinin təqdimatı olub.
Astara rayon Şümrüd kənd tam orta məktəbin riyaziyyat-informatika müəllimi,Təhsil Nazirliyinin Astara rayon üzrə təhsil meneceri E.Axundovun adı çəkilən layihəsinin fəaliyyətə başlamasına həsr olunmuş açılış tədbirində Lənkəran və Astara ümumtəhsil məktəblərinin müəllimləri iştirak edib.
Tədbiri Astara RTŞ metodkabinetin direktoru Emin Fətəliyev açmış,Astara RTŞ-nin müdiri Rəşad Həsənovun tədbir iştirakçılarına təbriki oxunmuş,layihə rəhbərinə uğurlar arzulamışdır.” Gənc olimpiadaçılara çağırış” layihəsinin rəhbəri E.Axundov layihənin elektron təqdimatını vermiş,layihə ilə bağlı tədbir iştirakçıların suallarını cavablandırmışdır.
Layihənin icrası üzrə eksperti Əlihəsən Baxşıyev layihənin tətbiq ediləcəyi Lənkəran –Astara bölgəsində layihənin gerçəkləşməsi ilə bağlı mülahizələrini şərh edib, Astara RTŞ-nin məsləhətçisi Baloğlan Əliyev çıxış edərək tədbir iştirakçılarını  və təhsil işçilərini layihənin icrasına dəstək nümayiş etdirməyə çağırıb.
Nicat Raufoğlu
Astarainfo.az