Ekspertlər 2018-ci ilə olab vəziyyətə görə ən qənaətcil avtomobillərin reytinqini tərtib ediblər.  Reytinq hazırlanarkən modellərin yanacaq sərfiyyatı və ilkin qiymətləri nəzərə alınıb. Bu zaman yalnız benzin mühərriki ilə işləyən avtomobillər nəzərdən keçirilib. Reytinqdə birinci yeri “Toyota Yaris iA” avtomobili tutur. Qarışıq tsikldə 6,7 litr yanacaq istehlak edən maşının ilkin qiyməti 16 min dollardır. İkinci yerdə “Honda Fit” qərarlaşıb. Onun da qiyməti 16 min dollardır. Maşın 100 kilometrə 5,5 litr yanacaq sərf edir. İlk üçlüyü isə “Hyundai Elantra Eco” tamamlayır. Qiyməti 20 min dollar olan avtomobil 100 kilometrə 6,72 litr yanacaq sərf edir. Həmçinin ilk beşliyə “Mitsubishi Mirage” (100 kilometrə 6,1 litr) və “Citroen C-Elysee” (100 kilometrə təqribən 5 litr) daxil olub.(Yeniavaz.com)