İyulun 27-də Rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Dənizkənarı Park-Bulvarda yay mövsümü ilə əlaqədar  “Səyyar kitabxana” xidməti təşkil olunub.
Rayon sakinlərinin, gənclərin asudə vaxtının səmərəli təşkili, istirahət saatlarının mənalı keçirilməsi və kitabxanalara daha çox oxucu cəlb edilməsi məqsədilə təşkil olunmuş səyyar xidmət zamanı yerli və xarici yazarların detektiv janrda yazılmış kitabları nümayiş olunub.
Bu təşəbbüs Dənizkənarı Park-Bulvarda rayon sakinləri və yerli turistlər tərəfindən maraqla qarşılanıb.
Natəvan Mədətzadə
Astarainfo.az