Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə keçirilən builki qəbul imtahanlarını yekunlaşdırdı.

Dünən sonuncu – iyulun 26-da II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının da nəticələri elan olundu.

Məlum oldu ki, sonuncu qəbul imtahanlarında 4 nəfər ( II ixtisas qrupu üzrə 1 abituriyent, III ixtisas qrupu üzrə isə 3 abituriyent) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Builki yaz və yay qəbul imtahanlarında 29 nəfər 700 bal toplayıb.
Belə ki, mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən yaz imtahanının nəticələrinə görə, 7 nəfər 700 bal toplayıb.

Mayın 20-də I və IV ixtisas qrupları üzrə keçirilmiş yaz imtahanlarında 3 nəfərin nəticəsi maksimal olub – 700 nəfər.

İyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən yay imtahanlarında 15 nəfər700 bal toplayıb.

Və iyulun 26-da II və III ixtisas qrupları üzrə yay qəbul imyahanlarında 4 nəfər ən yüksək nəticəyə nail olub. (Modern.az)