Qəbul imtahanında müvafiq şərtləri ödəyən abituriyentlər üçün sabahdan etibarən ixtisas seçimi başlayır.
 Astarainfo.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ixtisas seçimi 30 iyuldan etibarən aparılacaq. Abituriyentlərdən ixtisas seçimində xüsusi diqqətli olmaları tələb olunur.
Qeyd edək ki, ixtisas seçimi 13 avqustadək davam edəcək.