Hindistanda leysan yağışlar 569 nəfərin ölümünə səbəb olub

Hindistanda leysan yağışlar 569 nəfərin ölümünə səbəb olub.
Bu barədə Hindistan daxili işlər nazirliyinin açıqlamasında bildirilir.
Məlumata əsasən, leysan yağışların yol açdığı daşqın və torpaq sürüşmələri səbəbindən son ay ərzində 569 nəfər həyatını itirib.
Meteoroloqlar yağışların davam edəcəyi barədə xəbərdarlıq ediblər.(APA)