Keçmişdə əllər və saçları rəngləmək üçün istifadə edilən xınanın ağrıkəsici təsiri olduğunu bilirsinizmi?
Baş ağrısı ilə yanaşı bir çox tibbi problemin həllində istifadə edilən xına haqqında bilmədiyiniz bu məlumatları bizdən öyrənin. Astarainfo.az Ailem.az-a istinadən  xınanın ağrıkəsici kimi faydalarını təqdim edir.
Xına saç kəpəyi, saç tökülməsi, göbələk xəstəlikləri, sinir və oynaq ağrılara qarşı istifadə edilir.
Xına xüsusilə oynaq və revmatizm qaynaqlı ağrılarda təsirlidir. Bunun üçün xına bir pambıq parçaya çəkilir və ağrıyan yerə kompres şəklində qoyulur.
Həmçinin xına yanıqların müalicəsində də istifadə edilir, dərinin bərpasını tezləşdirir.
Xınanın sinir ağrılar üçün təsirli ola biləcəyi deyilir. Bel, boyun nahiyəsində sinirlərin sıxılması ilə bağlı olan ağrılardan əziyyət çəkən xəstələrə xına sürtmələri məsləhət görülür.
Xına göynəmə, iynəsancma kimi nevropatik ağrıları ciddi şəkildə azaldır. Bu hallarda dəriyə xına sürtməyin boş bir inanc olmadığı təsdiqlənib.