Bu gün “Qarabağ” Çempionlar Liqasında növbəti matçına çıxacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniya təmsilçisi “Kukesi”ni qəbul edəcək.
Səfərdə keçirdiyi ilk oyunda qolsuz heç-heçə edən Qurban Qurbanov rəhbərlik etdiyi kollekliv doğma azarkeş önündə qələbə qazanmağa çalışacaq. Ağdam təmsilçisi bu görüşdə yeni transferləri – Con Delarj və İnnosent Emeqaranın da xidmətindən yararlana biləcək.
“Qarabağ” “Kukesi” səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün güclüsü ilə qarşılaşacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
21:00. “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya)
Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (hakimlər briqadası Slovakiyadandır)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.(Report)