Biləsuvar rayonunda “Ayaz” Karate do klubunun 20 illiyinə həsr olunmuş uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Karate do idman növü üzrə Beynəlxalq turnirdə Astara  idmançıları da iştirak ediblər.
İdmançılarımızdan 35 kq çəki dərəcəsində Əskərli Qulam III yerə, 35 kq çəki dərəcəsində Həsənov Seymur, 45 kq çəki dərəcəsində Tahirov Sadiq, 75 kq çəki dərəcəsində Mirzəyev Yusif II yerə və 55 kq çəki dərəcəsində Tarverdiyev Feyzulla I yerə layiq görülüblər.
İdmançılarımızı yarışa VKC Karate do idman növü üzrə III dan qara kəmər ustası, məşqçi-müəllim Baxşıyev Zamin hazırlayıb.
Məşqçi və yetirmələrini bu uğurları münasibəti ilə təbrik edir, onlara müvəffəqiyyətlər arzulayırıq.
Elnur Qurbanlı
Astarainfo.az