Lerik rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən
İlkin məlumatlara görə, yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5.1, dərinliyi isə 15 km olub.

*** 17:02
 Azərbaycanın cənub bölgəsində zəlzələ olub.
 Yeraltı təkan, təxminən, 16:56 radələrində qeydə alınıb.
Zəlzələ 3-4 bal gücündə hiss edilib.
Təkanlar Lənkəran, Masallı, Astara, Lerik, Biləsuvar, Salyan və digər ətraf rayonlarda da hiss olunub. (Report)