Avqustun 28-də Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə-Lerik rayonunda 3,1 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:04:43-də qeydə alınıb.
Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.(AZƏRTAC)