Üzüm beş min il əvvəl mərkəzi Asiyada becərilməyə başlanılıb, meyvələr içərisində minlərlə növü və üç mindən artıq rəngi ilə seçilir.
Kalori dəyəri yüksək olan üzümün tərkibi A, B, B1, B2, C vitaminləri, kalsium, potasyum və dəmirlə zəngindir. Həmin vitamin və maddələr qanı artırır, həzm sisteminin fəaliyyətini normaya salır, böyrək xəstəlikləri və yorğunluğun aradan qaldırılmasına kömək edir. Üzüm, həmçinin bağırsaqların və qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir. Onun xərçəng xəstəliyinə qarşı antioksid tərkibə malik olduğu da məlumdur. Qurudulmuş üzümdən hazırlanan kişmiş isə sinir sistemini gücləndirir.
Qara üzümün qabığındakı maddə xərçəng və şəkər xəstəliyinə qarşı qoruyucu olmaqla yanaşı, sinir sisteminə də müsbət təsir göstərir. Üzümün yarpağı və cavan zoğlarından isə şəfaverici və sərinləşdirici içki hazırlanır. Ağ üzümün qabığı və şirəsi çox faydalıdır. Onun şirəsi bağırsaqları təmizləyir, giləsi isə ürək-qan-damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərinin müalicəsində çox xeyirlidir.(AZƏRTAC)