Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI sammiti işini başa vurub.
“Report” Qırğız Respublikası Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sammitin yekununda Birgə Bəyannamə imzalanıb və 5 sənəd qəbul edilib.
Sənədlər bunlardır: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin, baş katib müavininin və Türk Akademiyasının prezidentinin təyin edilməsi barədə qərar; Macarıstana TDƏŞ-də müşahidəçi statusunun verilməsi barədə qərar; Türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyası haqqında Konsepsiyanın layihəsi; Gənclər siyasəti və milli idman növləri sahəsində əməkdaşlığın inkişafı barədə TDƏŞ dövlət başçılarının birgə bəyanatı; Çingiz Aytmatovun 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar TDƏŞ dövlət başçılarının birgə bəyanatı.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kolatan kəndində səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə, müəssisə...