Sentyabrın 3-dən şagirdlər dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər.
Təhsil Nazirliyindən  verilən xəbərə görə, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.
Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.(Xezerxeber.az)