Avqust ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 46 nəfərdə sifilis, 19 nəfərdə isə QİÇS aşkar edilib.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın  verdiyi məlumata görə, ötən ay ərzində ümumilikdə 11 min 189 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib. 320 nəfərdə, iki cütlüyün isə hər ikisində talassemiya daşıyıcısı aşkarlanıb. Direktor qeyd edib ki, 2015-ci il iyun ayının 1-dən bu günə kimi 457 min 422 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib. 16 min 847 nəfərdə talassemiya daşıyıcısı, 1575 nəfərdə sifilis, 387 nəfərdə isə QİÇS aşkar edilib. 171 cütlüyün hər ikisində talassemiya aşkarlanıb.(ATV.az)