Rusiya prezidenti Vladimir Putin cari ilin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər etməyi planlaşdırır.

Bunu “İzvestiya” qəzetinə Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov deyib. Uşakov bildirib ki, Vladimir Putin Sentyabrın sonunda Azərbaycana səfər edəcək, 27-28 sentyabrda dövlət başçısı Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri liderlərinin görüşündə iştirak edəcək. Oktyabrda isə  Putinin Özbəkistana səfəri planlaşdırıb. Yuri Uşakovun sözlərinə görə, Rusiya ilin sonuna qədər Rusiya, Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit qəbul edəcək: “Görüşü keçirmək üçün bizim növbəmizdir. Həmkarlarımızla onlar üçün nə vaxt rahat olduğunu müzakirə edəcəyik(ATV.az)