18 Sentyabr “ Milli Musiqi günü “ ilə əlaqədar Astara rayon Uşaq Musiqi məktəbinin kollektivi Astara Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.
 Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova tədbir iştirakçılarını“ Milli Musiqi günü” münasibətilə təbrik edib və onlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat verib.
Sonda tədbir iştirakçıları Milli Musiqi gününə həsr olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Elza Kazımova
Astarainfo.az