14-16 sentyabr tarixlərdə Gürcüstanın Tbilisi şəhərində Qarışıq Döyüş növləri ( MMA ) və Kikboksinq (K-1) idman növü üzrə Azərbaycan, Gürcüstan, Rusiya, Ukraniya, Turkiyə, Belarusiya, Ermənistan və İran ölkələrinin iştirakı ilə Dünya kuboku keçirilib.
Yarışda astaralı idmançılar da Azərbaycan yığma komandasının tərkibində mübarizə aparıblar. Gərgin keçən döyüşlərin sonunda MMA üzrə 65 kq çəki dərəcəsində Baxşıyev Zamin I yerə, Kikboksinq (K-1) idman növü üzrə  45 kq çəki dərəcəsində Tahirov Sadiq II yerə, 78 kq çəki dərəcəsində Mirzəyev Yusif III yerə layiq görülmüşlər.
İdmançılarımızı yarışa Budo Döyüş Növləri üzrə məşqçi-müəllim, VI dan qara kəmər ustası Rəhmanov Ramiq və Budo Döyüş və Karate İdman növləri üzrə məşqçi-müəllim, III dan qara kəmər ustası Baxşıyev Zamin hazırlayıblar.
Sentyabrın 18-də Astara rayon Gənclər və İdman İdarəsində idmançlar və onların məşqçi-müəllimləri ilə görüş keçirilib. Qazandıqları yüksək nəticələrinə görə onlara təşəkkür olunub və xatirə şəkli çəkilib.

Elnur Qurbanlı

Astarainfo.az