Azərbaycanda sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20°, gündüz 24-28° isti, Bakıda gecə 18-20°, gündüz 25-27° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi normadan yüksək – 765 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Gecə bəzi şərq rayonlarında yağışın leysan xarakterli olacağı ehtimal edilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-20°, gündüz 26-31° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı bildirilir.(xezerxeber.az)