Bu gün “Boulevard Hotel Baku” otelində “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı ilə 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint2018” və Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift & Promo Fair 2018” sərgiləri başlayıb.
Təşkilatçı şirkətin icraçı direktoru Bəhruz Hidayətzadə bildirdi ki, sərginin əsas məqsədi Azərbaycan məhsullarının reklamdır: “Yerli şirkətlərlə xarici şirkətlər arasında əlaqə yaratmaqdır. Sərgi 22 senytabra qədər davam edəcək. Bu il sərgidə Azərbaycanla yanaşı, Rusiya, Yaponiya, Almaniya, İndoneziya, Qazaxıstan, Çin və Ukraynanı təmsil edən 30 şirkət iştirak edir. Sərgidə İT-texnologiyaları, ofset və rəqəmsal çap üçün avadalıqlar, tekstil avadanlıqları, süvenirlər, zərgərlik , interyer  əşyaları və korporativ hədiyyələr təqdim olunur”.
Qeyd edək ki, sərgi Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda ixracın və İnvestisiyaların Təşfiqi Fondu  (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedirasiyası (ASK) tərəfindən rəsmi olaraq dəstəklənir.(Yeniavaz.com)