Zərurət yaranarsa  Türkiyə, Suriyanın İdlib əyalətindəki hərbi kontingentini artıra bilər.
Astarainfo.az bildirir ki, SalamNews-un “TRT”yə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
“İdlibdəki 12 hərbi müşahidə məntəqəmizin təhlükəsizliyini gücləndirmək istiqamətində görülən işlər davam edir. Ehtiyac olarsa bu bölgəyə əlavə qüvvələr göndəriləcək. Biz bunu Soçidəki razılaşma imzalanmamışdan əvvəl də edirdik, etməyə də davam edəcəyik”, deyə Kalın bildirib.