Bir vaxtlar Bakı küçələrində yaşıllıqlar arasında zeytun ağacları kifayət qədər çox idi. Təsadüfi deyil ki, Bakıda “Zeytunluq” adı verilən çoxlu sayda yerlər var. Həmin zeytunluqdan qalanlar da var, qırılıb yerində evlər tikilənlər də. Hələ də qalan zeytun ağaclarından hər il insanlar meyvələri yığır, turşu bağlayır, yeyirlər. Bakıda zeytunluqlar azaldıqca zeytunun qiyməti də bahalaşır. Azərbaycana xaricdən gətirilən zeytunlar da az deyil.
Elə ölkələr var ki, orada zeytun süfrədən əskik olmur. Bu da zeytunun insan orqanizminə çox faydalı olması ilə bağlıdır. Astarainfo.az Yeniavaz.com saytına iatinadən zeytunun insan orqanizminə faydalarını təqdim edir.
1. Tərkibində Omeqa-6 yağlı turşular var.
2. C, PP, E, A, K, B qrupu vitaminlərlə zəngindir.
3. Ürək-damar sistemi üçün xeyirlidir.
4. Beyin üçün olduqca xeyirlidir.
5. Xolesterinin səviyyəsini aşağı salır.
6. Damarları təzmiləyir.
7. Mədə-bağırsaq sistemi üçün faydalıdır.
8. Qaraciyərə müsbət təsir göstərir.
9. Ödqovucu təsiri var, durğunluğun qarşısını alır.
10. Eneji verir.
11. Zeytun yeyən insanlar özlərini gümrah hiss edir.
12. Güclü antioksidantdır.
13. Orqanizmi xərçəng xəstəliklərindən qoruyur.
14. Cinsiyyət sisteminə müsbət təsir edir.
15. Saçları gücləndirir.
16. Sümüklərə müsbət təsir edir.
17. İmmuniteti gücləndirir.
18. Hüceyrələri təzələyir.
19. Qocalamanı ləngidir.
20. Damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
21. İştahanı artırır.
22. Tərkibində yüksək keyfiyyətli yağlar var.
23. Həftədə 3 dəfə zeytun yemək diş daşlarının, öd kisəsində, sidik kisəsi və böyrəklərdə daşların əmələ gəlməsinin qaşısını alır.