Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi  haqqında” 31 iyul 2018-ci il tarixli Sərəncamı  ilə dövlət  qulluğunda  səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif  olunmuşdur. “Dövlət qulluğunda fərqlənməyə görə”medalı ilə təltif olunanlar arasında Astara rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Bəsti Nabatəli qızı Əliyeva da vardır.
Sentyabrın 28-də keçirilən toplantıda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Bəsti Əliyevaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalını təqdim edib.
Bu yüksək mükafat münasibətilə Bəsti Əliyevanı ürəkdən təbrik edir, gələcək fəaliyyətində daha yüksək uğurlar arzulayırıq.
Astarainfo.az