İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı təqribən 1374 nəfərə yaxınlaşıb.
Bunu Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin rəhbəri Villem Rampanqiley deyib.
“Hazırda 1374 nəfərin öldüyü, 113-nün isə itkin düşdüyü məlumdur”, – deyə o bildirib.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatına görə, təqribən 200 min nəfər təcili yardıma ehtiyac duyur, təqribən 66 min ev dağılıb və ya zərər çəkib.(Report)