Oktyabrın 5-də  Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi  ilə Astarada “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Emin Mehtiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Tarixçi-ekspert, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov, Tarixçi Emin Həmidli, Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin vacibliyindən danışıb. Q.Məmmədov ölkəmizdə mənəvi dəyərlərimizin qorunması və inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən geniş bəhs edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Emin Mehtiyev çıxışında Azərbaycançılıq ideologiyası və onun mahiyyəti haqqında məlumat verərək, bildirib ki, bu ideologiyanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qoyulub və bu gün də xalqımız bu ideologiya ətrafında sıx birləşib. O, həmçinn mənəvi dəyərlərimizin Azərbaycançılıq ideologiyasında mühüm yer tutduğunu qeyd edib.
Tarixçi-ekspert, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov çıxışında Azərbaycançılıq ideologiyası və onun tərkib hissələri olan mənəvi dəyərlərimiz, milli kimlik şüurumuz, vətən, millət anlayışları haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tarixçi Emin Həmidli Azərbaycançılıq ideologiyasının qlobal dünyada Azərbaycan üçün son dərəcə əhəmiyyətli olduğunu, gənclərin bu ideologiyanı dərindən mənimsəmələrinin vacibliyindən danışıb.
Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev çıxışında mənəvi dəyərlərin təbliği sahəsində həyata keçirilən tədbirlərin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, həmçinin Astara rayonunda Azərbaycançılıq ideologiyası və bu ideologiyanın tərkib hissəsi olan mənəvi dəyərlərin təbliği ilə bağlı görülən işlər barədə məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Astarainfo.az