“Arsenal”la oyun bizim üçün böyük təcrübə oldu”.
Astarainfo.az-ın  Trend-ə istinadən məlumatına görə, bunu UEFA Avropa Liqasının qrup mərhələsində Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” – “Arsenal” oyunundan (0:3) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
Q.Qurbanov qeyd edib: “Məğlub olsaq da, bu gün çox yaxşı mübarizə apardıq. Əsas fikrimiz rəqibdən çəkinməmək idi. Bunu edə bildik. Sadəcə, rəqib futbolçuların ustalığı bizi üstələdi”.
Baş məşqçi futbolçularına təşəkkürünü bildirib: “Azarkeşlərimizə də “çox sağ ol” demək istəyirəm, möhtəşəm idilər. Böyümək üçün belə məğlubiyyətlər lazım olur. Çoxsaylı qol epizodumuz olsa da, yararlana bilmədik. Bu oyun bizim üçün böyük təcrübə oldu”.